Dollar 1.7022 manat oldu

Növbəti valyuta hərracı keçirilib

Source:


Növbəti valyuta hərracı keçirilib

Aprelin 20-si Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7022 səviyyəsində formalaşıb.

Məlumatı Mərkəzi Bank yayıb. Məzənnəyə görə, aprelin 20-də 1 ABŞ dolları 1.7022 manata bərabər olmuşdu.

Bundan əvvəlki, aprelin 18-də keçirilən hərracda isə manatın orta çəkili məzənnəsi 1.7025 səviyyəsində müəyyən edilmişdi.

Aradakı gün Mərkəzi Bank dolları cüzi də olsa ucuzlaşdırmışdı. Son hərraclarda isə manat cüzi də olsa möhkəmlənir.

Ana səhifəXəbərlərDollar 1.7022 manat oldu