Dollar 0,04 faiz ucuzlaşdı, avro 0,62 faiz bahalaşdı

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,96 faiz artaraq 0,0156 manata yüksəlib

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,96 faiz artaraq 0,0156 manata yüksəlib

Bu gün sentyabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0004 manat və ya 0,04 faiz azalaraq 1,0478 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0073 manat və ya 0,62 faiz artaraq 1,1821 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,96 faiz artaraq 0,0156 manata yüksəlib.

Ana səhifəXəbərlərDollar 0,04 faiz ucuzlaşdı, avro 0,62 faiz bahalaşdı