Dollar 0,04 faiz ucuzlaşdı, avro 0,58 faiz bahalaşdı

Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0152 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0152 manat səviyyəsində qərarlaşıb

Bu gün dekabrın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 9-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,0004 manat və ya 0,04 faiz azalaraq 1,0496 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0066 manat və ya 0,58 faiz artaraq 1,1387 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0152 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,04 faiz ucuzlaşdı, avro 0,58 faiz bahalaşdı