Bu gün iyunun 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb.
”
APA
-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 2-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02 faiz bahalaşaraq 1,0496 manata yüksəlib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0023 manat və ya 0,2 faiz ucuzlaşaraq 1,1470 manat olub.