Dollar 0,01 faiz ucuzlaşıb, avro 0,01 faiz bahalaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,23% azalaraq 0,0161 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,23% azalaraq 0,0161 manat səviyyəsində qərarlaşıb

Bu gün noyabrın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 11-i ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz azalaraq 1,0503 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0001 manat və ya 0,01 faiz artaraq 1,1302 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,23 faiz azalaraq 0,0161 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,01 faiz ucuzlaşıb, avro 0,01 faiz bahalaşıb