Dollar 0,01 faiz bahalaşıb, avro 0,16 ucuzlaşıb

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,02 faiz azalaraq 0,0152 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,02 faiz azalaraq 0,0152 manat səviyyəsində qərarlaşıb

Bu gün dekabrın 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 8-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 7-si ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz artaraq 1,05 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0018 manat və ya 0,16 faiz azalaraq 1,1387 manata enib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,02 faiz azalaraq 0,0152 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,01 faiz bahalaşıb, avro 0,16 ucuzlaşıb