“Əmlak alındıqdan və bazardakı əməliyatlar başlayandan sonra 2012-ci ildə DNF-nin gəlirlərdən əldə etdiyi qazancı çoxaldı. Amma 2013-cü ilin yekunlarını 2012 -ci illə müqayisə edəndə bəlli olur ki 63.6 milyon manat qurumun gəlirləri bu mənbədən azalıb”.
İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycan Respublikası Dövlət Neft Fondunun Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini satın almasından danışır. Onun sözlərinə görə, Fond tərəfindən 9 əmlaka yatırım yatırılıb ki onun da 3-ü ofşor zonaların payına düşür. Lakin bunların hər birindən ayrı-ayrılıqda nə qədər qazanc əldə etməsi ilə bağlı ictimayyətə məlumat verilimir:
“Yalnız London, Paris və Moskvada əmlak bazarına yatırımlarla bağlı ümumi məlumatlar var. Bunlar da sadəcə investisiyasnın qorunmasını əhatə edir. İnvesisiyanın idarə olunması hər bir əmlakdan əldə edilən gəlir və s. kimi digər belə bir vacib məlumatlar barəsində isə indiyə kimi biz hələ məlumatlara çıxış əldə etməmişik”-deyən ekspertin sözlərinə görə, Fond Cersi adalarında; – hansı ki bu da ofşor zonadı, Lixtenşteyndə əmlaklara yatırdığı vəsait barədə məlumatı ictimayyətlə bölüşdürməyib. Birinci ad çəkilən adalarda üç əmlak, Lixtinşteyndə isə ikisi alınıb.
DNF xarici ölkələrdə əmlak almağa davam edəcək
Qubad İbadoğlu bildiriri ki belə məsələlər Fondun daxili qərarıdır və bunun riski də onlara aiddir. Fondun Moskva, London və Parisdə də daşınmaz əmlak almasını və ümumilkdə bunların dəyərinin 1 milyard dolları ötməsini nəzərə alan ekspert hesab edir ki, bundan sonra da Fondun əmlaka yatırımı qaçılmazdır:
“Çünki 2013-cü ildə hazırda formalaşmış aktivlərin dəyəri 36 miyard dolları keçib. Bunun da beş faizi 1.8 milyardlıq vəsait edr. Bu da o deməkdir ki əgər 1.8 milyard vəsaitin 547 milyon dolları xərclənibsə, yerdə qalanı da bu il Fond tərəfindən sərmayə edilə bilər”.
“Payn Avenyu A qülləsi” Seulun biznes mərkəzində yerləşir
Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır.
“Payn Avenyu A qülləsi” Seulun biznes mərkəzində – aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılıb və son dövrlər ərzində Seul biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir. Binanın ümumi ərazisi təqribən 65 min kvadratmetr təşkil edir və bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan “S&Key Qrup” tərəfindən icarəyə götürülüb. Daşınmaz əmlak üzrə xalis illik icarə haqqı 23,4 milyon ABŞ dolları təşkil edir.
Bəs görəsən Dövlət Neft Fondu qoyduğu vəsaiti nə qədər vaxta götürə biləcək və ya bu, nəzərə alınırmı? Neft Araşdırmaları Mərkəzinin rəhbəri
İlham Şaban
ın sözlərinə görə, Fond 20 ildən sonra qazanc götürə də bilər, götürməyə də:
“
Bu 23 milyondan da gəlirlik var axı. Onunla da vergi ödənməlidir. Yəni gəlir vergisi. 15 il müddət gərəkdir. 20 il müddətə o vəsaiti çıxartmaq olardı. Ancaq heç də belə deyil. 20 il müddətinə də qoyulan vəsait ordan çıxarıla bilər. 20 ildən sonra fond qoyduğu vəsaiti geri götürdü, bundan sonra o qiymət düşə də bilər, qalxa da bilər. İstənilən halda bu itmir”.
ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun açıqlaması
ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Asiyada həyata keçirilmiş daşınmaz əmlak investisiyası barədə məlumatında qeyd edib ki, onlar bir ilə yaxın müddətdir Asiyanın ən böyük paytaxt şəhərlərində daşınmaz əmlaka investisiya imkanlarını nəzərdən keçirib. “Bu əhəmiyyətli bir investisiyadır və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya imkanlarını dəyərləndirəcəyik”,-deyə, Şahmar Mövsümov əlavə edib. İlham Şaban isə bildirir ki Fondun yatırım etdiyi hər hansı bir zonadan illik gəliri yarımlilyardır və bu da getdigcə artır.