Dmitri Peskov oğlunun “Vaqner”in tərkibində vuruşduğunu təsdiqləyib

Foto: Peskovların şəxsi arxivindən

Nikolay Peskov Ukraynaya qarşı vuruşmağı ilə fəxr edir

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolay Peskovun “Vaqner”in tərkibində Ukraynaya qarşı döyüşdüyünü təsdiqləyib.

Bu barədə D.Peskov aprelin 24-də ənənəvi brifinqdə danışıb:

“Bir vaxtlar Silahlı Qüvvələrdə xidmət edib, konstitusiya borcunu yerinə yetirib. İndi belə qərar verdi, o artıq yetkindir”.

Bəli, doğrudan da, o, xüsusi hərbi əməliyyatda iştirak edib. Daha çox danışmaq istəməzdim, bunun mənim işimə aidiyyatı yoxdur”,-deyə Peskov əlavə edib.

33 yaşlı Nikolay Peskov da hərbi xidməti barədə Rusiya KİV-nə danışıb.

N.Peskov müharibədə iştirakı haqda düzgün qərar verdiyini və bununla fəxr etdiyini söyləyib:

Qərarımla qürur duyuram”.

O atasının onunla fəxr etdiyini vurğulayıb:

“Atam mənə dedi ki, mən düzgün qərar vermisən”.

Xüsusi Əməliyyatlar zonasında xidmət edən Nikolay Peskov həyat yoldaşının da bundan xəbərdar olduğunu bildirib.

Ötən ilin fevralında müharibə başlayanda D.Peskovun qızı Liza Peskova ölkəsinin Ukraynada apardığı hərbi əmliyyatlara qarşı çıxıb.
O, “Instagram”da “#no war” heşteqi ilə müharibəyə son qoymağa çağırış edib.
Bu post sosial şəbəkədə bir saata yaxın görünüb və tezliklə silinib.

Ana səhifəDünyaDmitri Peskov oğlunun “Vaqner”in tərkibində vuruşduğunu təsdiqləyib