Diyarbəkirdə terror hadisəsi olub

10 vaqon relsdən çıxıb, ölən və yaralanan yoxdur

Source:
Partlayış yeri
Partlayış yeri


10 vaqon relsdən çıxıb, ölən və yaralanan yoxdur

Fevralın 27-də Türkiyənin Batman şəhərindən Diyarbəkirə gedən yük qatarı relsdən çıxıb. Qatar yoluna əvvəlcədən bomba düzüldüyü məlum olub. Xəbəri CNN Türk yayıb.

Bildirilir ki, terror hadisəsini PKK-nın törətdiyi məlum olub. Hadisə nəticəsində ölən və yaralanınların olmadığı deyilir.

Rəsmilər vaqonların boş olduğunu söyləyiblər. Terror hadisəsindən sonra bölgədə havadan və qurudan əməliyyatlar başlayıb.

Ana səhifəXəbərlərDiyarbəkirdə terror hadisəsi olub