8-12 aylıq vəzifə
Ərizə 20 mart 2014 tarixinə qədər qəbul olunur
Vəzifələr:
– Bakıdakı komanda lideri ilə əməkdaşlıq edərək Sivil Toplum
layihəsinin işini, Azərbaycanda əhalidən sorğular, müsahibələr,
reportajları koordinasiya etmək
– 5-8 nəfər peşəkar jurnalist komandasının idarə olunması və gələcək
insan resurslarının cəlb edilməsi
– Komanda lideri (Bakı), direktor (Berlin), donorlar, mühasib və
layihənin beynəlxalq komandası ilə əlaqəli işləmək
– Layihə planlaşdırması, strategiya və analitik qabiliyyətlərini
nümayiş etdirməli
– Detallarda xüsusi ilə diqqətlı olmağı bacarmalı və vaxtında
hesabları hazırlamaq, maaşlara dair ödəniş qəbzlərini toplamaq,
donorlar üçün statistikanı hazırlamaqda yüksək təşkilatçılıq
qabiliyyəti göstərməlidir.
– Vəzifə üzrə yüksəliş potensialı var.
Aşağıdakı bacarıqlara uyğun gələn güclü namizədlər axtarılır:
– 2-5 il layihə meneceri və nəticəyə hesablanmış idarəetmə təcrübəsi olan
– Motivasiyalı və tez öyrənən
– Sərbəst azərbaycanca və ingiliscəyə malik olan
– Meydan TV-nin gender siyasətində intuitiv olmalı və jurnalistika
etikasına dair yüksək biliklərə malik olmalıdır
– Komandada işləməyi bacarmalı, tez-tez Tiflis və Berlinə səfər etməkdə
çevik olmalıdır
– Audit, maliyyə menecmenti, hesab fakturalara dair biliklər də daxil
olmaqla ofis menecmentliyi sahəsində qabiliyyətə malik olmalıdır.
Vəzifənin icrasına 1 aprel 2014 tarixindən başlanılır. Maaş hər ay
$830 olacaq. İş ştatdan kənar (freelance) müqavilə əsasındadır. Xahiş
olunur CV, Müşayiət Məktubu (Cover Letter) və 2 tövsiyə məktubunu
(Reference)
info@meydan.tv
ünvanına göndərəsiz. Təcrübə müşayiət
məktubunda (cover letter) dəqiq qeyd edilməlidir. CV, müşayət və
tövsiyyə məktubları olmayan və ya ərizə tarixindən gec edilən heç bir
müraciət qəbul olunmayacaq. Müsahibələr 20 mart 2014 tarixindən sonra olacaq.
P.S. Maaş manatın kursuna uyğun veriləcəkdir.