”Diqlas” Ticarət Mərkəzində yanğına görə sahibkarlara dəyən ziyanı dövlət ödəyəcək

Yanğın elektrik naqillərini sıradan çıxarıb

Source: meydan.tv
”Diqlas” Ticarət Mərkəzində yanğına görə sahibkarlara kompensasiya ödənəcək

Rövşən Ağayev: Dövlət bu qədər yükə dözməz''

Yeni Azərbaycan Partiyasının Nizami Rayon Təşkilatında martın 28-də Prezident Administrasiyası rəsmiləri “Diqlas” Ticarət Mərkəzində dükanları yanan sahibkarlarla görüşüb.

Görüşdə Fövqəladə Hallar, İqtisadiyyat nazirliklərinin nümayəndələri, rayon prokuroru, polis rəisi və digər rəsmilər iştirak edib.


"Real tv"

toplantıdan birbaşa yayım edib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, bu görüş prezidentin tapşırığı ilə sahibkarların problemini müsbət həll olunması üçün təşkil olunub.

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov deyib ki, sahibkarlara ciddi ziyan dəyib.

1553766354536747409_1000x669.jpg
Sahibkarlarla görüş

O bildirib ki, bu cür hadisələr dünyanın hər yerində baş verir, amma heç bir ölkədə dövlət Azərbaycadakı qədər diqqət göstərmir:

“Prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək. Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Dövlət ziyanı ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək. Komissiyanı özünüz seçəcəksiniz, əlbəttə, dövlət rəsmilərinin iştirak da olacaq”.

Famil_Mahmudbeyli7.original.jpg
Yanan Ticarət Mərkəzi

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində 420 vətəndaşa ziyan dəydiyini deyib:

“Qiymətləndirmə başa çatdıqdan sonra müvafiq vəsait ayrılacaq. Həmin vəsait də sahibkarların bank hesablarına köçürüləcək. Sahibkarlar dəymiş ziyanı dəqiq açıqlasalar, yaxşı olar. Belə olan halda, həm onların, həm də bizim işimiz asan olar. Bütün hallarda proses nəzarətdə olacaq”.

İqtisadçı Rövşən Ağayev “Facebook” sosial şəbəkəsindəki profilində bu barədə yazıb ki, bu qədər yükə dövlət dözməz.

“Dövlət vətəndaşın kreditlərini qaytarır, əmanətlərini qaytarır, nəhəng bir bankın xarici borclarlarını qaytarır, iri şirkətlərini borclarını qaytarır, sahibkara dəyən ziyanı qaytarır. Bu qədər nəhəng yük dövlətin üzərində qalırsa, demək ki, sistem çalışmır – bank sistemi riskləri hesablaya bilmir, sığorta sistemi riskləri sığortalaya bilmir, yanğın təhlükəsziliyi öz sahəsinə aid riskləri görə bilmir, vergi sistemi şəffaf dövriyyə yarada bilmir ki, sığorta mexanizmləri riskləri sığortalamağa çətinlik çəkə bilməsin”.

_23229.width-1024.jpg
Rövşən Ağayev

Onun fikrincə, bu qədər “sistem” sözü, sistem qüsuru olan yerdə fərdlərdə günah axtarmaq boş vaxt itkisidir və sistem islahatlarına ehtiyac var.

O yazıb ki, sistem düzgün çalışsaydı, dövlət bu qədər izafi və gərəksiz yükə məruz qalmasaydı, həmin vəsaitlər insanların sağlamlığına, təhsilinə, elmə, iqtisadiyyatda yüksək texnologiyaların tətbiqinə, ölkənin ekologiyasına sərf edilsə idi, cəmiyyətimizin nələr qazanardı.


Martın 26-da

səhər saatlarında paytaxtın Nizami rayonundakı "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib.

Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Ana səhifəXəbərlər”Diqlas” Ticarət Mərkəzində yanğına görə sahibkarlara dəyən ziyanı dövlət ödəyəcək