Məhkəmə avqustun 18-ə qədər təxirə salınıb
Avqustun 14-də Bakı Cinayətlər Məhkəməsində Xədicə İsmayılın işi üzrə prosesə giriş məhdudlaşdırılıb. Ancaq bu dəfə jurnalistin anası, bir neçə qohumu, araşdırmaçı-jurnalist Şahvələd Çobanoğlu və müstəqil mətbuatın bir neçə nümayəndəsi zala keçə bilib.
Meydan TV-nin prosesi izləyən əməkdaşı bildirir ki, Qərb diplomatlarından ABŞ, Norveç, Almaniya səfirliklərinin əməkdaşları məhkəmə zalına keçə biliblər. Lakin Böyük Britaniya diplomatk missiyasının nümayəndəsinin zala girişindən nümayişkaranə şəkildə imtina edilib.