Dini icmalar Konqresə etiraz məktubu göndərəcək

Mübariz Qurbanlı deyib ki, bununla bağlı bu gün dini konfessiyaların rəhbərləri ilə razılıq əldə edilib

Source:

Mübariz Qurbanlı deyib ki, bununla bağlı bu gün dini konfessiyaların rəhbərləri ilə razılıq əldə edilib

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsinə birgə etiraz edəcək.

APA-nın məlumatına görə, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Mübariz Qurbanlı deyib ki, bununla bağlı bu gün dini konfessiyaların rəhbərləri ilə razılıq əldə edilib: “Yəqin ki, bu günlərdə Helsinki Komissiyasının təqdim etdiyi sənədə etiraz əlaməti olaraq Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin imzası ilə ABŞ Konqresinə etirazımızı ifadə edən məktubumuzu göndərəcəyik”.

Ana səhifəXəbərlərDini icmalar Konqresə etiraz məktubu göndərəcək