Dini ədəbiyyat satan mağazalarda reydlər aparılır

Hətta icazəsi olan bəzi mağazalarda da bir sıra pozuntular aşkarlanıb

Source:
Səyavuş Heydərov foto trend.az
Səyavuş Heydərov foto trend.az

“Bu gün Azərbaycanda dini ədəbiyyatın satışı ilə məşğul olan 160-dan artıq mağaza fəaliyyət göstərir. Onların əksəriyyətinin ixtisaslaşmış satış məntələqələri kimi fəaliyyət göstərməsinə icazəsi verilməyib”, – bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi istər icazəsi olan, istərsə də olmayan, satış məntəqəsi kimi fəaliyyətinə izin verilən bütün mağazalarda reydlər keçirir:

“Qaradağ və Yasamal rayonlarının ərazisində hüquq-mühafizə orqanları ilə birlikdə reydlər keçirildi. Reydlər zamanı həmin mağazaların əksəriyyətinin ixtisaslaşmış satış məntəqəsi kimi icazəsinin olmadığı müəyyənləşdirildi. Qanunvericiliyə görə, dini təyinatlı ədəbiyyat və əşyaların satışı ilə məşğul olan məntəqələrin icazəsi olmalıdır. Buna ixtisaslaşmış satış məntəqəsi deyirik. Hətta icazəsi olan bəzi mağazalarda da bir sıra pozuntular aşkarlanıb”.

S.Heydərov bildirib ki, satış məntəqəsinin icazəsinin olmaması bir qanun pozuntusudursa, həmin mağazada icazəsiz, eyni zamanda nəzarət markası olmayan ədəbiyyatın satışının həyata keçirilməsi də əlavə qanun pozuntusudur:

“Monitorinqlər, reydlər keçirilən mağazalarda xeyli qanun pozuntusu aşkar edilərək sənədləşdirilib. Belə reydlər digər bölgələrdə də davam etdiriləcək”.

Ana səhifəXəbərlərDini ədəbiyyat satan mağazalarda reydlər aparılır