”Dindar Xaliq Siyabov yoxa çıxıb”

Vəkil: “Ehtimal edirəm ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır”

Source:
Xaliq Siyabov
Xaliq Siyabov


Vəkil: “Ehtimal edirəm ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır”

“Seyid Xaliq” ləqəbi ilə tanınan dindar Xaliq Siyabov yoxa çıxıb.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Yalçın İmanov deyib ki, X.Siyabovu oktyabrın 11-də polis əməkdaşlarının apardığı söylənilir:

“Hazırda ondan heç bir məlumat yoxdur. Telefonuna zəng çatmır. Deyirdilər, Zeynəlabdin Tağıyev qəsəbəsində 2-ci polis bölməsinin əməkdaşları aparıblar. Lakin mən həmin polis şöbəsi, Sumqayıt şəhər Polis İdarəsi, Bakı İstintaq təcridxanası ilə əlaqə saxladım, məhkəmədən soruşdum. Heç bir yerdə yoxdur”.

Y. İmanov bununla bağlı ombudsmana müraciət etdiklərini deyib:

“Ehtimal edirəm ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır”.

Ana səhifəXəbərlər”Dindar Xaliq Siyabov yoxa çıxıb”