Dindar saxlanıldı, polislə qarşıdurma oldu (FOTO, VİDEO)


“Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin sədri Elçin Qasımov saxlanılıb

 “Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin sədri E.Qasımov Maştağada yaşadığı ünvanın önündən polis bölməsinə aparılıb. Onun rəis müavininin maşını ilə qarşısı kəsilib Sabunçu Rayonu Baş Polis İdarəsinə aparıldığı bildirilir.



[Hadisə ilə bağlı foto və ya videonu çəkin bizə göndərin whatsapp nömrəmiz: +49 176 16263646]

Sabunçu Rayonu Baş Polis İdarəsi qarşısında çox sayda inanclı toplaşıb. İdarə qarşısında toplaşanlar MBH-nin idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımovun sərbəst buraxılmasını tələb edib.

Çox sayda saxlanılanın olduğu bildirilir. Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısına gedən yollarda polis postu yerləşdirilib.




►Baş verənlərlə bağlı VİDEOnu linkdən izləyə bilərsiniz





►Hadisə yerindən olan digər bir VİDEO



Saxlanılan dindarlara işgəncə edilir

Belə ki, azadxeber.az saytı məlumat verir ki, saxlanılan dindarlara qarşı işgəncə edilib. Polis bölməsinin dəhlizində qan izləri də var.  Bakı şəhər baş polis idarəsinin rəis müavini general-mayor Səhlab Bağırovun Sabunçu RPİ-də olduğu və inanclılarla sərt davrandığı bildirilir.


Hacı Taleh Bağırzadə münasibət bildirdi

“Müsəlman birliyi hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə isə baş verənlərlə bağlı facebook səhifəsində belə yazıb:

“Əziz müsəlmanlar! Bu rejim başını itirib. Bunlar xalqı iğtişaşa doğru çəkir. Artıq neçə vaxtdır öz zülmkar mahiyyətlərini ortaya qoymaqdadırlar. Polis indi də “Müsəlman birliyi hərəkatı” İdarə Heyətinin sədri, ilahiyyatçı Elçin Qasımlını saxlayıb. Və inanclı insanlar axın-axın Sabunçu Rayon Polis İdarəsinə gedirlər. Elçin Qasımlıya hər hansı hüquqazidd addım atılarsa, bunun əvəzini sərt şəkildə ödəyəcəklər. Biz onun dərhal, qeydsiz-şərtsiz azad olunmasını tələb edirik!”

Bir neçə gün öncə Taleh Bağırzadə Yasamal Rayon Polis İdarəsində fiziki təzyiqlərə məruz qaldığını bildirib.

Ana səhifəVideoDindar saxlanıldı, polislə qarşıdurma oldu (FOTO, VİDEO)