Dilqəm Əsgərovun atası iflic olub

“Babam oğlunun yolunu gözləyir”

Source:
Dilqəm Əsgərovun atası
Dilqəm Əsgərovun atası


“Babam oğlunun yolunu gözləyir”

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti pisləşib.

“Azvision.az”-a bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

Babasının hazırda həkim nəzarətində olduğunu deyən K.Əsgərovun sözlərinə görə, babası on gün imiş atasının adını çəkib ağlayırmış: “Deyirdi ki, Dilqəmin vəziyyəti ağırdır, onu görmək istəyirəm. Artıq üç gündür ki, babamın vəziyyəti ağırdır. Həkimlər onun iflic olduğunu deyirlər. Əli, bədənin bir hissəsi hərəkətsiz vəziyyətdədir. O, artıq danışdıqlarımızı da eşitmir. Hərdən atamın adını çəkir. Babam oğlunun yolunu gözləyir”.

K.Əsgərov sonuncu dəfə atasından dekabrda məktub aldıqlarını deyib.

Dilqəm Əsgərov 2014-ci ilin iyulun 11-də Kəlbəcərdə girov düşüb. Onunla birgə girov düşən Şahbaz Quliyev də hazırda həbsdədir. Ermənilər həmin vaxt onlarla birlikdə olan Həsən Həsənovu qətlə yetiriblər.

D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərDilqəm Əsgərovun atası iflic olub