Hazırda müşahidə olunan siyasi institutların böhranı 1930-cu illərdə olanlarla çox ciddi oxşarlıq təşkil edir
Mark Mazower
Tarixçi Fritz Stern nasist rejimindən qaçaraq ABŞ-da alman tarixinin öyrənilməsinin pionerlərindən biri oldu. O, ölməmişdən bir müddət öncə bizi faşizmin yenidən dirçəlməkdə olması ilə bağlı xəbərdarlıq edirdi. O, doğulduğu ölkə haqqında danışmırdı.
ABŞ-da faşizim? Təbii ki, bu, qorxu şişirdilib. Biz bunu yazmamışdan öncə, Stern və digərlərinin yazdıqları əsasında faşizim haqqında ümumi olaraq nə öyrəndiyimizi diqqətlə nəzərdən keçirməliyik.
Bir tərəfdən Veymar Respublikası və ya Mussolini İtaliyası ilə indiki dünya arasında paralel görmək çətindir. Heç kim təkpartiyalı dövlət arzulamır. Küçələrdə qara və ya qəhvəyiköynəklilərin dəstə halında marşına rast gəlmirik. Ortada bolşevizim uçurumundan qorxub bütün növ kral hakimiyyətinə qucaq açacaq kralçılar da yoxdur. 1920-ci ildə radikal sağın yüksəlməsində Rusiya inqilabının yayılma kabusu mühüm rol oynayırdı.
Vladimir Putinin kabusu uzun ola bilər, amma ovaxtkı qədər də deyil. İndiki Rusiya beynəlxalq birliyə Lenin Sovetinin heç zaman olmadığı qədər bağlıdır.
Deməli, məsələlər çox fərqlidir? O qədər də deyil. Sterni əsas narahat edən ictimai diskursun korrupsiyaya, aşınmaya uğraması və nəticədə hər şeyin fikirə çevrildiyi dünyanın yaranması idi. O, bir zamanlar küncə sıxılmış formada qalan, amma indi “Twitter” vasitəsilə yayılan konspiraloji mətnlərin “ana axım” mediasına ciddi təsirindən ikiqat daha narahat idi.
Biz faşizmə pataloji yanaşmağa öyrəşmişik. Bu yanaşma isə onu başa düşməyi daha çətin edir. İki dünya müharibəsi arasında sağın Avropada – yalnız Almaniyada deyil, İspaniyadan tutmuş Litviyaya qədər bütün kontinenti əhatə edən- zəfəri ilə üzbəüz qalan tarixçilər, populyar irrasionallıqdan, diktatorun mistik xarizmasından, bütün xalq kütlələrini arxasınca aparmağı bacaran xüsusi tiplərdən danışırdılar. Bütün bu şərhlərdə ümumi olan bir şey var, bu da həmin insanların “bizdən”nə qədər fərqli olmasına vurğu edilməsidir.
Bəlkə “onlar” Birinci Dünya Müharibəsində cəbhədə yaşadıqlarından sarsılmış, zədə almışdılar. Bəlkə Böyük Depressiya dövründə bütün pullarını itirmişdilər. Hansı səbəbdən olmasından asılı olmayaraq, hekayə beləcə davam edir, sağa meyllənmənin arxasında nəsə xüsusi şey var idi. Nasizmin məğlub olmasından sonra faşizm bir daha heç vaxt ayağa durmamalıdır. Canavar öldürülüb.
Və bəlkə də, faşizm bir də heç zaman qayıtmayacaq, çünki o, öz zamanının məhsulu idi. Amma onun ürəyində olan rasizm və anti-miqrasiya hissi heç hara getməyib. O, bir müddət daha az qəbul edilən, eşidilən səs olub, amma bu gedişat indi əks istiqamət ala bilər.
Lakin burada vacib bir məsələ var: İki müharibəarası illər və bir-birimizi əks etdirən güzgü çox narahatedicidir. Bəlkə də, düşünməli və narahatedici əsas məsələ kiminsə faşist olmasından çox, onun parlament idarəçiliyinə, əyləcləmə və tarazlama prinsipinə, əsas azadlıqlara olan inamının itirməsidir.
Faşizmin yüksəlməsində ən ciddi səbəb liberal demokratiyanın böhran yaşamasıdır. Bütün bu müharibəarası dövrdən çıxarmalı olduğumuz dərs demokratik institutların böhran yaşaması ilə bağlıdır.
Birinci Dünya Müharibəsindən əvvəl insanlar parlamentlərin və konstitusiyanın güclənməsi və genişlənməsi üçün ciddi mübarizə aparırdılar. Bir müddət sonra bu kimi şeylər öz cəlbedicilyini qorxunc bir sürətlə itirməyə başladı.
Bütün Avropa boyunca insanlar cəmiyyətin problemlərinin səbəbini qanunverici gücün üzərinə atmağa və tək şəxsin əlində gücün cəmləşməsini istəməyə başladılar. Parlamentlər məsuliyyətsiz lobbiçilərin və elitin tələblərini icra edən bir orqan kimi qəbul edilməyə başlandı.
Ən xoşagəlməz paralel isə budur: siyasi partiyalar ifrata yuvarlandılar və bir-biriləri ilə sanki qeyri-legitimmiş kimi davranmağa başladılar. Məhkəmə və polis siyasiləşdi. Veymar ilə indiki ABŞ arasındakı əsas paraleli həmin bu institutların böhranı ilə bağlı aparmaq olar.
Diktatura heç yerə getməyib və geri qayıda bilər. Buna ən yaxşı misal Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ərdoğanın media və universitetlərə hücumu ölkədə azadlıqların necə ucuzlaşdığını göstərir.
Amma faşizim diktaturalardan daha çox şey deməkdir. Doğurdan da, mühafizəkar siyasi düşüncə adamı olan Michael Oakesthottun on illər öncə dediyi kimi, diktatorun əsas problem olduğuna fokuslanmaq, onu əsas problem kimi görmək liberalların yanılmasıdır.
Real problemlər diktatorun kölgəsində yatır – liderin o yüksəkliyə qalxmasına səbəb olan şərtlərdə. Əsas institutlardakı – ki, onlarsız heç bir müasir dövlət və cəmiyyət idarə oluna bilməz – bu boşluqdan siyasi ekstremizm ortaya çıxır və siyasi diskursa diqtə etməyə başlayır. Artıq bunlar bizimlə birgədir. Və belə görünür ki, ABŞ-da mövcudluğunu qoruyacaq.
Mark Mazower Kolumbiya Universitetində tarix professorudur.
Tərcümə etdi: Emin Aslan
Mənbə:
The Financial Times