Devalvasiya kitabların da qiymətini artıracaq

Şahbaz Xuduoğlu: “Bundan sonra istehsal olunan kitablar yeni qiymətlərlə satılacaq”

Source:


Şahbaz Xuduoğlu: “Bundan sonra istehsal olunan kitablar yeni qiymətlərlə satılacaq”

Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu hesab  edir ki, Mərkəzi Bankın 21 dekabr qərarı kitab bazarına da ciddi təsir edəcək.

Meydan TV-yə bu barədə danışan Şahbaz Xuduoğlu deyib ki, problem kitabın heç bir xammalının Azərbaycanda istehsal olunmamasıdır: “Kağız, rəng, dəmir löhvə – hamısı xarici valyuta ilə kənardan gətirilir. Bunlar da gömrüyün inhisarındadır. Yəni Bakı Gömrük İdarəsi istəyəndə buraxır, istəməyəndə buraxmır. Bakı Gömrük İdarəsi bizi çox incidir, kitab olmasına baxmayaraq, bizdən də rüşvət istəyir, amma pul vetməmişik. İdarənin İbrahim adlı işçisi var, hər şey onun nəzarətindədir. Onun icazəsi olmadan, heç bir malı ölkəyə buraxmırlar. Artıq manatla yox, dollarla rüsumun ödənilməsini tələb edirlər. Belə olan halda kitabın satış qiyməti artmalıdır”.

Naşir bildirib ki, 21 dekabra qədər satışa buraxılan kitabların qiymətində dəyişiklik olmayıb və hazırda  Fontanlar Meydanında 20 faiz endirimlə satılır: “Amma bundan sonra istehsal olunanlar yeni qiymətlərlə satılacaq. Yeni qiymətlər də dollara münasibətdə müəyyən olunmalıdır. Başqa əlacımız yoxdur”.

Ana səhifəXəbərlərDevalvasiya kitabların da qiymətini artıracaq