Həlak olan azərbaycanlıların kimliyi açıqlanmır
Dərbənddə üç fəhlə inşaatda yüksəklikdə iş görərkən yıxılaraq həlak olub.
Məlumatı Dağıstan Respublikasının
Daxili İşlər Nazirliyi
yayıb.
Hadisə oktyabrın 23-də səhər baş verib.
Fəhlələrin azərbaycanlı olduğu bildirilir:
“Azərbaycanlı üç fəhlə Dərbənddə tikilməkdə olan binadan yıxılıb. Onlar hadisə yerində həlak olublar”.
Ancaq fəhlələrin kimliyi açıqlanmayıb.
Dağıstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, üç nəfərin cəsədi oktyabrın 23-də inşaatın qarşısında tapılıb:
“Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, hadisənin hal və şərtləri müəyyən edilir”.