Deputatlığa namizədi polisə aparıblar (yenilənib)

“İmza vərəqlərini təqdim edəndən sonra DSK-nin qarşısında öyrədilmiş bir qrup şəxs Söhrab Əmrahova hücum edib”

Source:


Yerli polis şöbəsinə aparılmaları ilə bağlı Meydan TV-yə danışan başqan müşaviri, məclis üzvü Ramazan Əliyev bildirib ki, onlardan DSK qarşısında baş verən hadisə ilə bağlı izahat alıblar: “Çox qəribədir ki, DSK qarşısında bizə hücum edənlər tapılmır, polis onları axtarışa versə də, hələ nəticə yoxdur. Amma nələrin baş verməsi hüquq-mühafizə orqanlarına məlumdur. Həmin adamlar əlimizdə olan sənədləri oğurlamağa cəhd etsələr də, buna nail olmadılar”.


R.Əliyev təəssüflənib ki, o, hücum edənləri tanımayıb: “Amma biz DSK-da olanda binanın qarşısında 10-a yaxın adam olub, onları bələdiyyə, inzibati ərazi nümayəndələrinin sədrləri göndərib ki, verilən imzalardan imtina olunsun. Mən baş verən hadisələrdə Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyindən şübhələnirəm”.


“İmza vərəqlərini təqdim edəndən sonra DSK-nin qarşısında öyrədilmiş bir qrup şəxs Söhrab Əmrahova hücum edib”

İmza vərəqələri təhvil verildikdən dərhal sonra Müsavat Partiyasının Xaçmaz rayonundan deputatlığa namizəd Söhrab Əmrahov, Müsavatın rayon təşkilatının sədri Heybət Əmrah, başqan müşaviri, Məclis üzvü Ramazan Əliyev və partiyanın seçki üzrə səlahiyyətli nümayəndəsi Ramiz Mustafayev polisə aparılıb.

Məlumatı partiyanın üzvü Mustafa Hacıbəyli Facebook səhifəsində paylaşıb.

O, bildirib ki, Xaçmazda hakimiyyət orqanları nəinki müsavatçı namizədə və onun müdafiəsi üçün imza toplayanlara, hətta müxalifətə imza verən seçicilərə belə kütləvi təzyiqə başlayıb.

Mustafa Hacıbəylinin sözlərinə görə, Müsavat Partiyasının Xaçmazdan deputatlığa namizədi Söhrab Əmrahov onun müdafiəsi üçün toplanılmış seçici imzalarını Dairə Seçki Komissiyasına təqdim edib. Bu addımından sonra sonra ona və Müsavatın yerli təşkilatının rəhbərliyinə təzyiqlər daha da artıb: “İmza vərəqlərini təqdim edəndən sonra DSK-nin qarşısında öyrədilmiş bir qrup şəxs onlara hücum edib. Söhrab Əmrahova məxsus avtomobil arxadan vurulub”.

Ana səhifəXəbərlərDeputatlığa namizədi polisə aparıblar (yenilənib)