Deputatlardan biri nazir, digəri komitə sədri oldu

5 aydan sonra təhsil naziri təyin edildi

Source:


5 aydan sonra təhsil naziri təyin edildi

Aprelin 23-də prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin tərkibinin daha bir neçə üzvü təyin

edilib

.

Beləliklə, bu şəxslər nazir və komitə sədri vəzifələrinə təsdiq olunublar:

– Ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;

– Gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;

– Mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;

– Müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;

– Səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;

– Təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov;

– Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;

– Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;

– Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev;

– Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

– Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;

– Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

– Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

– Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;

– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.

Bu sərəncamla ekologiya və təbii sərvətlər naziri olmuş Hüseynqulu Bağırov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev vəzifələrini itiriblər. 5 ay boş qalan təhsil naziri postuna isə 2013-cü ildən təhsil nazirinin müavini olmuş Ceyhun Bayramov təyin edilib.

İki deputat isə prezidentin sərəncamı ilə vəzifəyə sahibləniblər. Deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Fuad Muradov isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olub.

Aprelin 21-də İlham Əliyev Nazirlər Kabinetinin tərkibinin formalaşması ilə bağlı sərəncam vermişdi. Bu, 9 nömrəli həmin sərəncamın əlavəsidir

Ana səhifəXəbərlərDeputatlardan biri nazir, digəri komitə sədri oldu