Deputat: Xəzərin hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz

Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir.

Source:


''Dənizin sahilini turizm zonasına çevirmək mümkündür''

"Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir. Qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, sonra da obyektlərin hərəsi bir qiymət qoyur".

Deputat Fəzail Ağamalı parlamentin iclasında bu məsələni qaldırıb. O bildirib ki, qanunvericilikdə dəyişiklik edərək bununla bağlı sərtləşdirmə həyata keçirmək lazımdır:

"Dənizin sahilini turizm zonasına çevirmək mümkündür. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz”.

414641113.jpg
Fəzail Ağamalı

O, Xəzərin çirklənməsi məsələsinə də toxunub:

"Dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedici mənzərə ilə üz-üzə qalırıq. Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin”.

Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.

Ana səhifəXəbərlərDeputat: Xəzərin hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz