Deputat Vahid Əhmədov: Bahalaşma, inflyasiya güclənəcək

“Bunu vaxtında etmək lazım idi”

Source:


“Bunu vaxtında etmək lazım idi”

“Bu addımı ölkənin valyuta ehtiyatlarını əritməzdən öncə atmaq lazım idi ki, indi bir gecənin içində belə qərar qəbul etməyə ehtiyac qalmasın”, – ölkənin tanınmış iqtisadçılarından biri, deputat Vahid Əhmədov Mərkəzi Bankın “manatın üzən məzənnə rejimi”nə keçməsi qərarını “Turan İA”-a şərh edərkən deyib.

V.Əhmədova görə, bu ilin yayından postsovet məkanında milli valyutalar məzənnələrini itirməyə başlayanda bu addımı atmaq lazım idi. “Neftin dəyəri düşəndə bunu etmək lazım idi, manat birbaşa neftə bağlı valyuta idi, daha ehtiyatları 15 milyard dollardan 5 milyard dollara endirdikdən sonra bu addımı atmağa ehtiyac qalmayacaqdı”, – deputat AMB-ninı addımını tənqid edib.

Onun fikrincə, bu addım ölkədə hər şeyə təsir edəcək, bahalaşma, inflyasiya güclənəcək. AMB-nin elan etdiyi məzənnənin həlledici olmadığını deyən deputat bankların buna reaksiyasının necə olacağını gözləməyin lazım gəldiyini vurğulayıb.

Bu ilin fevralında manat önündə 78 qəpik olan dollar 1,05 manata yüksəldi. Həmin vaxtdan “manatın üzən məzənnə”yə keçəcəyi barədə mətbuatda yazılar yer almağa başladı. Buna baxmayaraq, bu,   baş vermədi. Manatın məzənnəsini saxlamaq üçün AMB 15 milyard dollar ehtiyatını indiki 5 milyard dollara endirdi.

Ana səhifəXəbərlərDeputat Vahid Əhmədov: Bahalaşma, inflyasiya güclənəcək