Deputat uşaqpulunun bərpası və aliment fondunun yarılmasını təklif edib

“Ən azı 6 yaşına qədər uşaqlara bu vəsait verilməlidir”.

Source: google.az


Fazil Mustafa: ''Uşağın günahı deyil ki, o, böyüyənə qədər atası o pulu ödəmir''

“Uşaqların insan alverinin qurbanına çevrilməsi və uşaq əməyindən istifadə ilə bağlı ciddi tədbirlər görməliyik. Bu cür uşaqların əksəriyyəti valideyn himayəsindən məhrum olanlardır. Ona görə də Azərbaycanda aliment fondunun yaradılması vacibdir”.

Deputat Fazil Mustafa parlamentdə bu təkliflə çıxış edib.

O qeyd edib ki, iqtisadçıların hesablamalarına görə, bu fondun təşkili üçün 12-13 milyon manat vəsait lazımdır:

“Bu vəsaitlə aliment ödəməkdən imtina edən valideynlərin əvəzinə dövlət büdcəsindən aliment ödənə bilər. Sonradan isə alimenti ödəməyən valideyndən dövlət məcburi şəkildə bu vəsaiti ala bilər. Bunun fəlsəfəsi nədir? Uşağın günahı deyil ki, o, böyüyənə qədər atası o pulu ödəmir. Amma o uşaq, xəstə, himayəsiz böyüyür. Ona görə də bu vəsaitin olması uşaq üçün vacibdir. Dövlətin özünün strateji hədəflərinə uyğun olaraq uşağın hüququnun qorunması istiqamətində addım atmaq lazımdır”.

download.jpg
Fazil Mustafa

Deputat əlavə edib ki, Azərbaycanda uşaq pulunu da bərpa etmək vacibdir:

“Ən azı 6 yaşına qədər uşaqlara bu vəsait verilməlidir. Azərbaycanda yoxsulluq statistikası 5.8 faiz göstərilir. Amma statistika göstərir ki, uşaqlar arasında yoxsulluq 10 faizdir. Azərbaycanda bir uşağın qida və müalicə xərcləri üçün nəzərdə tutulan məbləğ aylıq 120-130 manatdır. Ən az 6 yaşa qədər uşaqlara bu vəsaitin verilməsi üçün büdcədən 120 milyon vəsait ayrılması lazımdır. Xüsusilə imkansız ailələrin uşaqlarının sağlam böyüməsi, sıxıntılarının müəyyən qədər aradan qaldırılması üçün bu vəsaitin verilməsi vacibdir. Bir çox imkanlı ailəyə bunu tətbiq etməmək də olar. Həm də bunu ünvanlı şəkildə etmək olar ki, valideynlər bu puldan özlərinə vəsait kimi istifadə etməsin, məhz uşağa xərcləsinlər”.

Ana səhifəXəbərlərDeputat uşaqpulunun bərpası və aliment fondunun yarılmasını təklif edib