Deputat: “Şəhid Anası” medalı təsis edilsin

İclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi II oxunuşda müzakirə edilib.

Milli Məclis, Foto: Milli Məclis


“Azı 2 ordenlə təltif olunan şəhidlərin adlarının əbədiləşdirilməsi mümkündür”

“Bu sahədə olan qərara əsasən, azı 2 ordenlə təltif olunan şəhidlərin adlarının əbədiləşdirilməsi mümkündür”.

Deputat Fatma Yıldırım Milli Məclisdə bu barədə danışıb.

O qeyd edib ki, mövcud qərar 1990-cı illərin əvvəllərində qəbul edilib:

“Bu qanunun təkmilləşdirilərək mövcud meyarlara yenidən baxılmasını təklif edirəm. Rayonlarda, bölgələrdə yeni məktəblər, uşaq bağçaları açılır. Bu yerlərə şəhidlərimizin adları verilə bilər. Həsrətlə gözlədiyimiz Qarabağ şəhidlərimizin qanı-canı bahasına azad edilib. Bu gün şəhid valideynlərinin əsas istəyi övladlarının adının unudulmamasıdır. Şəhid valideynləri öz övladlarının adlarının yaşadıqları ərazidə məktəblərə, küçələrə verilməsini istəyirlər, bunun üçün bizə müraciətlər olur”.

1591800663018_qfdinvbo.jpeg
Fatma Yıldırım

Deputat Sabir Rüstəmxanlı bildirib ki, dövlət imkanı daxilində şəhid ailələrinə, qazilərə böyük güzəştlər nəzərdə tutub. Mənzillə təminat, birdəfəlik yardım, şəhidlərin büstünün qoyulması və s. bu qəbildəndir. Ancaq məncə, şəhid ailələrinə ən böyük təskinlik qələbəmizdir. Biz qələbənin möhkəmləndirilməsi üçün hələ çox iş görməliyik".

Deputat Aqil Abbas “Şəhid Anası” medalının təsis edilməsi ilə bağlı təklif verib.

1477730000_aqil-abbasrtyt.jpg
Aqil Abbas

İclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi II oxunuşda müzakirə edilib.

Qanun layihəsinə əsasən, Azərbaycanda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan başqa, Azərbaycanda müharibə veteranlarının reyestri yaradılması ilə bağlı “Veteranlar haqqında” Qanuna da dəyişikllik layihəsi də II oxunuşda müzakirə edilərək təsdiqlənib.

Ana səhifəSosialDeputat: “Şəhid Anası” medalı təsis edilsin