Deputat: Samir Şərifovdan bunu eşidəndə xəcalət çəkdim

”Get, özünü maliyyələşdir, bu nə deməkdir?”

Source:


”Get, özünü maliyyələşdir, bu nə deməkdir?”

“Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcə formlaşdırılması barədə təklifini eşidəndə xəcalət çəkdim”.

Modern.az yazır ki, bunu Milli Məclis komitələrinin birgə iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Deputat bildirib ki, rayonlara dotasiya ayrılmaması və yerli büdcələrini öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil:

“Nəyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdirilərdi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq?! Yoxsa, avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Get, özünü maliyyələşdir, bu nə deməkdir?”.

Arif Rəhimzadə xüsusi vurğulayıb ki, bu metodun seçilməsi düzgün deyil və ümumi strateji xəttə ziddir.

“Biz məsələnin yerində həll olunmasına çalışmalıyıq. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı və səviyyəsi çatmır? Yoxsa, səhlənkarlıq edirlər? Səhlənkarlıq edirlərsə, onlardan tələb etməliyik. Bacarmırlarsa, işdən çıxarılsınlar. Daha yaxşı bacaranları ora qoymaq lazımdır”.

Ana səhifəXəbərlərDeputat: Samir Şərifovdan bunu eşidəndə xəcalət çəkdim