Deputat icra başçısı təyin edildi

Naftalanın bundan əvvəlki icra başçısı Rövşən İbrahimov 2019-cu il fevralın 25-də evində, dəm qazından boğularaq, ölüb.

Source: Specify Source


Prezident Hacıqabul və Naftalana yeni icra başçılarını göndərdi

Dövlət başçısı İlham Əliyev dekabrın 4-də Əhməd Muxtarovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Əhməd Muxtarov 2006-cı ildən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı idi. Onun yerinə, bu vəzifəyə deputat Rüstəm Xəlilov təyin edilib.

Prezidentin digər sərəncamı ilə Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Naftalanın bundan əvvəlki icra başçısı

Rövşən İbrahimov

2019-cu il fevralın 25-də evində, dəm qazından boğularaq, ölüb.

Vüqar Novruzov 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib. 2007-2019-cu illərdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. O, sentyabrın 27-də Xəzər rayonunun icra başçısının müavini vəzifəsinə təyin olunmuşdu.

Ana səhifəSiyasətDeputat icra başçısı təyin edildi