Dənizə düşən SOCAR əməkdaşı ölüb

Takelajçının gəminin yırğalanması nəticəsində yıxıldığı bildirilir

Source:
Neft estakadası
Neft estakadası


Takelajçının gəminin yırğalanması nəticəsində yıxıldığı bildirilir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Ağazaman Əlqardaş oğlu Hüseynov dənizdə boğularaq ölüb. Xəbəri “Trend” SOCAR-a istinadən yayıb.

Bildirilir ki, MPK-460” gəmisi “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Ağazaman Hüseynov gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

“Suya atılan xilasetmə dairələrini tuta bilməyən Ağazamin Hüseynov “Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.

Gəmidə olan heyət tərəfindən ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, öldüyü məlum olub,”- xəbərdə bildirilir.

Ana səhifəXəbərlərDənizə düşən SOCAR əməkdaşı ölüb