“Dənizçilər Poliklinikası” ləğv edilib

Nizamnamə kapitalı 1 milyon 22 min 399 manat olan MMC 23 iyun 2017-ci ildə yaradılıb.

Source: Turan İA


Dənizçilərin poliklinikasının əmlakı Gömrük Komitəsinə verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) yanında hüquqi şəxs olan dənizçilər poliklinikasının ləğv edildiyi elan edilib.

Bildirilir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinini törəmə müəssisəsi olan "Dənizçilər Poliklinikası” MMC-yə qarşı tələbləri olan kreditorlar iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 120A ünvanına müraciət edə bilərlər.

Nizamnamə kapitalı 1 milyon 22 min 399 manat olan MMC 23 iyun 2017-ci ildə yaradılıb.

Şirkətin qanuni təmsilçisi Abdullayev Fəxrəddin Qiyas oğludur.

AXDG-nin mətbuat xidmətindən Turan-a bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə "Dənizçilər Poliklinikası” MMC-nin əmlakı Dövlət Gömrük Komitəsinin balansına verilib.

Hökümətin bu qərarı isə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hələ də mətbuatda dərc edilməyib.

Ana səhifəSosial“Dənizçilər Poliklinikası” ləğv edilib