Dəniz vağzalı, zavod, xəstəxana və mehmanxana özəlləşdirilir

Bakıda bir sıra obyektlərin özəlləşdirilməsi nəzərdə tutulur.

Source:
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə


Bakıda bir sıra obyektlərin özəlləşdirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı”nda deyilir.

Siyahıya əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Neftçilər prospekti, 58 ünvanında yerləşən vağzal binası, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Vaqon Təmiri Zavodu, Bakı Dəmir Yolu Vağzalının mehmanxanası və Bakı Dəmir Yolu Xəstəxanası investisiya müsabiqəsinə çıxarıla bilər.

Ana səhifəXəbərlərDəniz vağzalı, zavod, xəstəxana və mehmanxana özəlləşdirilir