Demokratiya və Rifah Hərəkatı təsis olundu (VİDEO)

Fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçirilib. Öncə konfrasın sədarəti seçilib və ardınca qonaqlar yeni yaranmış hərəkat haqqında öz fikirlərini bildiriblər.

Ardınca açıq səsvermə yolu ilə səslərin əksəriyyətini bundan əvvəl Müsavat başqanlığına namizəd olan Qubad İbadoğlu qazanıb. ADR sədrliyinə namizədliyi irəli sürülmüş Səxavət Əlisoy, Ədalət Yusifov, Əhliman Abbasov, Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini Qubad İbadoğlunun xeyrinə geri götürüblər. Təsis konfransında hərəkatın nizamnaməsi qəbul edilib.

Konfransın sonunda Qubad İbadoğlu çıxış edərək, ölkədə dəyişikliyin, sağlam düşüncəli, intellektual və bacarıqlı insanların birliyində olduğunu qeyd edib.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başa çatıb.

Ana səhifəVideoDemokratiya və Rifah Hərəkatı təsis olundu (VİDEO)