Demokratik Təşəbbüslər İnstitutu “karusel əməliyyatı”nın davam etdiyini bildirib

“Nabran qəsəbəsindən Xudatda yerləşən seçki məntəqələrinə səsvermək üçün seçicilər gətirilir”

Source:


“Nabran qəsəbəsindən Xudatda  yerləşən seçki məntəqələrinə səsvermək üçün seçicilər gətirilir”

Meydan TV Demokratik Təşəbbüslər İnstitutunun respublikanın müxtəlif bölgələrində seçki pozuntuları barədə məlumatını təqdim edir

9 saylı Binəqədi birinci seçki dairəsinin bir şəxs tərəfindən seçki qutusuna 1-dən artıq seçki bülleteninin atılması halına 5 dəfə rats gəlinib.

16 saylı Yasamal ikinci seçki dairəsi –  1 və 18 saylı məntəqədə karusellər olub. Və karuseldə iştirak edən secicilərin əlindəki mürəkkəb ultrabənövşəyi lampadan istifadə olunmur. 18 saylı məntəqə ilə 27 saylı məntəqədə hər iksində karusel, birnəfərə 3-4 bülleten verilir. 18 saylı məntəqədə komissiya üzvləri tərəfindən namizəd Zakir Cəfərova səs vermək üçün seçicilərə kütləvi təzyiq müşahidə olunub. 18 saylı məntəqədə seçki qutusunun kilidi qırılmış vəziyyətdədir.

19 saylı Nərimanov birinci seçki dairəsi 4 saylı seçki məntəqəsində mürəkkəb və ultrabənövşəyi lampalar yoxlanılmayıb. 3 saylı seçki məntəqəsində secicinin seçki bülleten alması haqqında secici siyahısında başqasının adının qarşısına imza qoyması faktı müşahidə olunub. Eyni zamanda topa bülleten atılma faktı müşahidə olunub.

33 saylı Xətai birinci seçki dairəsinin 14 saylı seçki məntəqəsində səsvermə vaxtında başlamayıb, məntəqə sədri vəzifə bölgüsün elan etməyib. Həmin məntəqədə gün ərzində karusel müşahidə olunur, seçicinin barmağında mürəkkəbin yoxlanılması yerinə yetirilmir,  dəfələrlə secici iradəsinə təsir etmə halları müşahidəcilər tərəfindən qeydə alınıb. Eyni zamanda 14 saylı seçki məntəqəsində secici bülletenlərinin yuxarı sol küncünün öncədən kəsilməsi faktı da müəyyənləşib. 33 Xətai 7 saylı məntəqədə səsverməyə dair hec bi təlimat məntəqədə asılmayıb. Seçki bülletenlərinin sayılması həyata keçirilməyib, möhürlənib yoxlanılması haqqında akt tərtib olunmayıb.  Məntəqə sədri seçki bülletenlərinin ümumi sayın müşahidəcilərə elan eləməyib. Səsvermə otağı MSK nın müəyyənləşdirdiyi sxemə uyğun deyil. 8 saylı məntəqədə topa bülleten atılıb. Həmin dairənin ərazisindəki seçki məntəqəsində  MSK-nın möhürünü tanımadığı üçün MnSK müşahidəçini seçkini müşahidəyə buraxmaq istəməyib.

41 Sumqayıt birinci və 44 saylı Sumqayıt – Xızı seçki dairəsinin məntəqələrində seçki qutusuna topa bülletenlər atılması, 1 şəxsin bir neçə şəxsin yerinə səs verməsi halı müşahidə olunur.

56 saylı Xaçmaz seçki dairəsində 3-4 saylı məntəqələrdə hərbiçilərdən istifadə edərək karusel təşkil olunmuşdur.  Nabran qəsəbəsindən Xudatda  yerləşən seçki məntəqələrinə səsvermək üçün seçicilər gətirilir. 29 saylı seçki məntəqəsində polis səsvermə otağının girişində dayanaraq 100 metrlik məsafədə dayanma prinsipinə əməl olunmayıb.

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 15 və 26 saylı seçki məntəqələrində 1 şəxs 1 neçəsinin yerinə səs verməsi, qutuya topa bülletenlərin atılmasına rast gəlinir. 6 saylı məntəqədə Musa adlı namizəd təşviqat aparır. 4 və 6 saylı məntəqələrdə kabinəyə çox saylı adam daxil olur.

89 saylı Göyçay-Ağdaş seçki dairəsində 1 , 5, 6 saylı seçki məntəqələrində seçki məntəqəsi daxili və xaricində təşviqat materiallarına rast gəlinib. 9 saylı məntəqədə müşahidəçilərin fəaliyyəti üçün şərait yaradılmayıb. 6 və 5 saylı məntəqələrdə istifadə olunmamış qeydiyyatdan çıxmış vəsiqələri ləğv olunmayıb, aktlaşdırılmayıb. Seçki qutularının kilidlənməsi aktlaşdırılmayıb və nömrələri qeyd olunmayıb. Seçki bülletenləri sayılıb elan olunmayıb.

95 saylı Tərtər seçki dairəsi 12 saylı seçki məntəqəsində polis səsvermə otağının içərisində oturub. 13 saylı seçki məntəqəsində (Əskipara kəndi) topa şəkildə bülleten atılması müşahidə olunub. 25 saylı seçki məntəqəsində (Kolanı kəndi) bülletenlər əvvəlcədən kəsilib hazır vəziyyətdədir.

107 saylı Qazax seçki dairəsi üzrə 5 saylı seçki məntəqəsində topa bülleten atılır, Hüseynbəyli kəndində yerləşən məntəqədə başqalarının yerinə dəfələrlə səsvermə halı müşahidə edilib. Həmçinin 10 saylı seçki  məntəqəsində topa bültten atılır.

112 saylı Qax seçki dairəsi məntəqələrində də karusel halları müşahidə edilib.

113 saylı Şəki şəhər seçki dairəsinin  15  və 28 saylı məntəqələrində karusel müşahidə olunub.

Ana səhifəXəbərlərDemokratik Təşəbbüslər İnstitutu “karusel əməliyyatı”nın davam etdiyini bildirib