Dəmir yolları ətrafında yaranan qalmaqalla bağlı cinayət işi açılmayıb

Nazim Bəydəmirli: ”Əksər maliyyə mexanizmləri dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsinə yönəlir”

Source:


Nazim Bəydəmirli: ”Əksər maliyyə mexanizmləri dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsinə yönəlir”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərin alınması layihəsi çərçivəsində texniki nəzarət üzrə məsləhət xidmətləri üzrə

tender

elan edib.

2017-ci ildə ADY-nin eyni avtomagistralda avtomatlaşdırma və işarəvermə sistemlərini alması ətrafında İsveçdə cinayət qalmaqalı baş verib (“Turan” İA).

2013-cü ildə Kanadanın “Bombardier” şirkətinin törəmə şirkəti Bakı-Böyuk Kasik dəmir yolunda (Gürcüstanla dövlət sərhədi) avtomatlaşdırma və işarəvermə sistemlərinin yenilənməsi üçün mal təchizatçısı olub. Müqavilənin dəyəri 288 milyon dollar idi. İsveçdə istintaq müəyyən edib ki, “Bombardier” ADY səlahiyyətlilərinə rüşvət verilməsində iştirak edib və onlara 50 mln dollar “haqq” çatıb.

Azərbaycanda ictimaiyyətə məlum olmayan səbəblərdən bu fakt üzrə cinayət işi açılmayıb.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, həm KİV-də, həm Hesablama Palatasının nazirlik və komitələr haqda açıqladığı qanun pozuntularına hüquqi çərçivədə reaksiya verilməlidir:

“Normal, demokratik istiqamət götürən ölkələrdə hər hansı məmur qanunu pozursa, məsələ ictimailəşir və o, istefa verir. Ona görə vətəndaş görəndə ki, büdcədən milyonlarla vəsait oğurlamaqda ittiham olunan məmur barədə hüquqi reaksiya yoxdur, xəyal qırıqlığına uğrayır. Bu tipli hadisədən sonra o cür məmurlar dövlət vəsaitlərini mənimsənilməsi yollarını araşdırıb tətbiq edir”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Nazim Bəydəmirli təəssüflənir ki, hazırda əksər maliyyə mexanizmləri dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsinə yönəlir:

“Yüksəkçinli məmurlar arasında çox az sayda adam var ki, onlar haqqında ictimai fikirdə rəy yüksəkdir. Amma mütləq əksəriyyəti barədə münasibət mənfidir. Bu, həm də ondan qaynaqlanır ki, dövlət vəzifələri dövlət resurslarını mənimsənilməsi üçün istifadə olunur. Bunun nəticəsində büdcə mənimsənilir və məmur sahibkarlığı inkişaf edir. Bu halda iqtisadiyyata birbaşa ziyan vurulur, həm də həmin şirkətlərdən vergi və rüsumlar ödənilmir. Yəni büdcənin gəlirlər hissəsi vergi təminatı ilə təmin edilmir. Bu baxımdan Azərbaycan dünya reytinqlərində korrupsiyanı qavrama və digər iqtisadi azadlıqlarla bağlı reytinqlərdə çox aşağı yerdədir. Yaranmış vəziyyət ümumi investisiya mühitini heç edir, insanların bu və ya digər yollarla gəlir əldə etmək üçün pul verib vəzifə qazanması adiləşir. Demək olar ki, bütün nazirliklər və komitələrinin rəhbərlərində “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilməli olan tenderləri keçirtmək yox, özlərinə yaxın şirkətlərə üstünlük vermək ənənəsi var. Əslində, bu ənənə pozulmalıdır. Eyni vəziyyət mediada, biznes mühitində, vətəndaş cəmiyyətində, siyasi həyatda da təkrarlanır”.

Ana səhifəXəbərlərDəmir yolları ətrafında yaranan qalmaqalla bağlı cinayət işi açılmayıb