Dələduzluqda təqsirləndirilən sabiq deputatın məhkəməsi başlayır

Dünyamin Xəlilov “Beynəlxalq Bank”dan pul götürüb qaytarmamaqda günahlandırılır

Dünyamin Xəlilov və Cahangir Hacıyev. Foto: arxiv
Dünyamin Xəlilov – Foto: Sosial şəbəkə
Dünyamin Xəlilov – Foto: Sosial şəbəkə


Dünyamin Xəlilov “Beynəlxalq Bank”dan pul götürüb qaytarmamaqda günahlandırılır

Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 2-nə təyin edilib.

2015-ci ilin yayından “Beynəlxalq Bank”a kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı saxlanılıb. “Globus Plaza”nın sahibi olan D.Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

D.Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Rauf Əliyev, Mənsur Zeynalovdur. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs-qətimkan tədbiri seçilməyib.

“Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin sədri Cahangir Hacıyev bir müddət əvvəl məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərDələduzluqda təqsirləndirilən sabiq deputatın məhkəməsi başlayır