Əlövsət Məhərrəmov vətəndaşları aldatmaqda günahlandırılır
Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi Əlövsət Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə görə, o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb