Dekabrda itkin düşən nefçilərdən birinin meyitinin tapıldığı deyilir

Xəzərin Neftçala sahilində kişi meyiti tapılıb

Source:


Xəzərin Neftçala sahilində kişi meyiti tapılıb

Fevralın 1-də Xəzərin Neftçala sahilində kişi meyiti tapılıb. Tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb.

APA yazır ki, meyit ötən ilin dekabrında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri – operator Hacıəliyev Həsənağa Hüseynağa oğluna aiddir.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi aparılıb. Mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.

Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.

Meyit fevralın 1-də səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə tapılıb.

2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşüb. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib. Qalanlarının axtarışı isə nəticə verməyib.

foto sosial şəbəkə

Nefçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında nefçilərin axtarışını, texnikanı, peşəkarlığı sıfra bərabər hesab etdiyini söyləyib:

“Əgər Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasediciləri olsaydı, bu, Günəşli yatağındakı hadisədə özünü göstərərdi. Sonuncu baş verən faciədə biz bunu görərdik, amma görmədik. Bütün bunlar da xilasetmə işlərinin kifayət qədər yaxşı təşkil edilmədiyinin göstəricisidir. Axtarışa da gec başlanmışdı. Neft şirkətinin özünün xilasetmə gəmiləri, vertolyotları yoxdur. Nəticədə də axtarışlar səmərə vermədi”.

Ana səhifəXəbərlərDekabrda itkin düşən nefçilərdən birinin meyitinin tapıldığı deyilir