“Dedi, ana, daha cana yığılmışam” (VİDEO)


Bəlkə özünün də ağlına gəlməzdi ki, gecə-gündüz demədən, dərs oxuduğu otağında, indi onun üçün gözyaşı axıdacaqlar.


Cəlilabad rayonu, Seyidbazar kənd sakini, 17 yaşlı Vüsal Mirzəyev mayın 11-də burada boynuna kəndiri keçirib, həyatla vidalaşıb. Yaxınları intiharın səbəbinin onun təhsil aldığı məktəblə bağlı olduğunu deyirlər. Anası Gülsüm xanımın sözlərinə görə, Vüsal ölümündən öncə ona məktəbdən çıxmağı üçün yalvarırmış.

Gülsüm xanım deyir ki, nəinki müəllim, hətta şagirdlərin də oğluna münasibəti dəyişmişdi. Sinif yoldaşları onu döyüb, təhqir edirmişlər. Vüsalın isə iki arzusu vardı: tələbə adını qazanmaq və universiteti bitirib səfir olmaq. Bunun üçün çox çalışırdı. 10-cu sinifdə oxusa da, sınaq imtahanlarından 500-600 bal toplayırdı.

Mərhumun xalası Səadət Mirzəyeva bu hadisədən sonra uşaqlarının heç vaxt şagird olmasını arzulamadığını söyləyir. O, mayın 1-də Vüsalı son dəfə görəndə, gözlərinə inana bilmir.

Vüsalın təkidlərindən sonra ailəsi onun məktəbdən çıxması üçün ərizə yazsa da, direktor Etibar Abdullayev onun məktəbdən ayrılmağına icazə verməyib. İndi isə ailəni hədələyirlər.

Seyidbazar kənd məktəbinə gedib, Etibar Abdulayevdən açıqlama almaq cəhdimiz boşa çıxdı.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında bildirib ki, faktla bağla Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci – yəni özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib.

Ana səhifəVideo“Dedi, ana, daha cana yığılmışam” (VİDEO)