Kanada yığması qrupda qalıb
Qətərdə təşkil olunan futbol dünya çempionatının qrup mərhələsində noyabrın 27-də daha dörd oyun keçirilib.
Günün ilk oyunu E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında baş tutub. Birinci turda kosta rikalılar İspaniyaya 0:7 hesabı ilə uduzmuşdu, Yaponiya isə Almaniya millisini 2:1 hesabı ilə məğlub etməklə, sürprizə imza atmışdı. Yaponların Kosta Rikaya qalib gələcəyi gözlənilsə də, proqnozlar alt-üst olub. Kosta Rika yığması Asiya təmsilçisi üzərində minimal hesablı qələbə qazanıb.
İspaniya – Almaniya dueli də noyabrın 27-də keçirilib. DÇ-2022-yə Yaponiyaya məğlubiyyətlə start verən almanlara bu matçda xal qazanmaq hava-su kimi lazım idi. Oyun 1:1 hesabı ilə başa çatıb.
Xal: İspaniya – 4, Yaponiya – 3, Kosta Rika – 3, Almaniya – 1
F qrupunda Belçika Mərakeşlə, Xorvatiya Kanada ilə üz-üzə gəlib. Belçikalılar Mərakeş yığması ilə matçdan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Xorvatiya isə Kanada millisini 4:1 hesabı ilə məğlub edib. Bu qrupda pley-off mərhələsi ilə bağlı suallara üçünçü turda aydınlıq gələcək. Amma Kanadanın DÇ-2022-də qrupdan çıxa bilməyəcəyi dəqiqləşib.
Xal: Xorvatiya – 4, Mərakeş – 4, Belçika – 3, Kanada – 0
DÇ-2022
28 noyabr
G qrupu
14:00. Kamerun – Serbiya (“Al Janub” stadionu)
20:00. Braziliya – İsveçrə (Stadion 974)
H qrupu
17:00. Cənubi Koreya – Qana (“Edyukeyşn Siti” stadionu)
23:00. Portuqaliya – Uruqvay (“Lusail” stadionu)