Daxili işlər nazirinin müavini Dağıstana gedib

“Bununla bağlı Azərbaycandan olan həmkarlarımızla tam anlayışımız var”, – nazir deyib.

Source: Specify Source


Barələrində cinayət işi açılan bir neçə Azərbaycan vətəndaşının adı məlum olub

Dağıstanın rəhbəri Vladimir Vasilyev iyunun 16-da Məhərrəmkənddə olub. Rusiya mətbuatının məlumatına əsasən, səfərdə məqsəd iyunun 15-da orada toplaşan azərbaycanlılarla Rusiya polisi arasında qarşıdurmanın müzakirəsi olub.

Vəziyyəti izah edən Dağıstanın baş nazirinin müavini Ramazan Cəfərov deyib ki, ərazidə 600-ə yaxın Azərbaycan vətəndaşı toplaşıb və onlar ölkəyə buraxılmalarını gözləyirlər.

“Bizim azərbaycanlı həmkarlar hamını birdən buraxa bilmirlər. Biz baş nazirin müavini Şahin Mustafayevlə danışmışıq və hər həftə 100-130 nəfəri Azərbaycana göndəririk. Çadır düşərgəsində olan insanlar iyunun 16-da Azərbaycana buraxılmaq üçün hazırlanan siyahıdan narazı qalıblar. Onlar hesab ediblər ki, digərlərindən daha uzun müddətdir ki, burdadırlar və buna görə də yolu bağlamaq qərarına gəliblər. Qarşıdurma başlayıb və bunun qarşısını almaq üçün polis qüvvələrindən istifadə etmək məcburiyyətində qalmışıq”, – R.Cəfərov deyib.

O bildirib ki, Azərbaycanın daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimovun rəhbərliyi ilə nümayəndə heyəti gəlib. Onlarla görüş zamanı gələcəkdə belə halların təkrarlanmaması üçün bir sıra məsələlər müzakirə edilib.

“Azərbaycan tərəfi bildirib ki, bundan əvvəl hazırlanan siyahıya bir daha baxılacaq”, – R.Cəfərov bildirib.

image_from_ios.png
Rauf Şıxəliyev, Ələddin Əhmədov, Nəcəf Huseynov, Şahlar Huseynov, Bəhram Mirzəyev barəsində cinayət işi açılıb

Dağıstanın daxili işlər naziri Əbdürəşid Məhəmmədov bildirib ki, 93 Azərbaycan vətəndaşı Məhərrəmkənd polis bölməsinə gətirilib. Onların bəzilərinə cinayət işi açılacaq, digərlərinin məsuliyyəti inzibati olacaq.

“Bununla bağlı Azərbaycandan olan həmkarlarımızla tam anlayışımız var”, – nazir deyib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, həmin insanlardan Şıxəliyev Rauf Akif oğlu, Əhmədov Ələddin Baladdin oğlu, Huseynov Nəcəf Məməddağa oğlu, Huseynov Şahlar Məmmədağa oğlu, Mirzəyev Bəhram Ənvər oğlu barəsində cinayət işi açılıb.

Ana səhifəSiyasətDaxili işlər nazirinin müavini Dağıstana gedib