Yanğın olan evdə beş nəfərin meyiti aşkar edilib
Daşkəsən rayonu Quşçu qəsəbəsində faciə ilə nəticələnən yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında verilən məlumata görə, qəsəbədə ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.
Yanğın nəticəsində beş nəfər həlak olub. Məlumata görə, yanğınsöndürənlər 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızının, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızının, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlunun, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlunun və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitlərini aşkar ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.