Fevralın 13-də saat 16 radələrində Bakıda ikinçci partlayış baş verib. Hadisə Xətai rayon Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsində təmir işləri zamanı olub. Partlayışda təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilir ki, hadisə zamanı həlak olan Şamxal Orucovdur. Ətrafdakı insanların köməyi ilə Həsrət İmamverdiyev və Turab Həşimov Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. Turab Həşimov vəziyyəti ağır olduğundan vəfat edib.
Partlayış zamanı yanacaqdoldurma məntəqəsində olan bir avtomobil yararsız hala düşüb. Məntəqə təmirə dayandığından partlayışın həcmi və zərəri böyük olmayıb.
Üçüncü partlayış isə Biləsuvar rayonunda qeydə alınıb. Hadisə Rayonun H eydər Əliyev prospektindəki Köhnə “ Kimya birliyi” kimi tanınan idarənin həyətində baş verib. Hadisə Naxçıvan Muxtar respublikasının Kəngrli Rayon sakini Şaiq Cəfərliyə məxsus yanacaq daşıyan qoşğulu “Kamaz” markalı avtomobildə qaynaq işləri aparılan zaman çənin partlaması səbəbindən olub. Partlayş nəticəsində iki nəfər – sürücü Şaiq Cəfərli və Biləsuvar sakini, qaynaqçı Əjdər Poladov hadisə yerindəcə həlak olublar. Digər rayon sakini, 1970-ci il təvəllüdlü Təzəxan Poladov isə yaralı halda Mərkəzi Xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Təmir zamanı yük avtomobilinin çəni boş olub. Faktla bağlı hüqüq mühafizə orqanları tərəfindən arşdırmlar aparılır.
Günün ilk hadisəsi isə səhər saat 11 radələridə “Azadlıq prospekti” metrosu yaxınlığındakı yeni tikilidə baş verib. Üç nəfərin yaralanması ilə nəticələnən hadisənin qaz sızmasından baş verdiyi güman edilir. Partlayış zamanı yaxınlıqda olan avtomobillərə, həmçinin ərazidəki 3 binalara ziyan dəyib, evlərin pəncərələri sınıb.
Tural Mustafayev
Meydan TV