Daha iki bank bağlandı

“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Source:


“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq yanvarın 27-dən banklara müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Ana səhifəXəbərlərDaha iki bank bağlandı