Daha dörd neftçinin cəsədi sudan çıxarılaraq, şəxsiyyəti müəyyənləşib

SOCAR-ın “Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən meyiti tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub

Source:


SOCAR-ın “Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən meyiti tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub

1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlunun meyiti tapılıb.

Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsindən APA-ya məlumat verilib.

Qeyd edək ki, bu gün saat 13:20 radələrində

FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib.

Onlardan Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.

Ana səhifə ▸ Xəbərlər ▸ Daha dörd neftçinin cəsədi sudan çıxarılaraq, şəxsiyyəti müəyyənləşib