Daha bir qəzet yayımını dayandırdı (VİDEO)

Pərviz Hikmət idman yazarıdır. Təəssüflə danışmasının səbəbi isə redaktoru olduğu “Komanda” qəzetinin son nəşrini hazırlamasıdır. Qəzet 7 ildir ki nəşr olunur. Baş redaktor Rəşad Ergün deyir ki, qəzetin ən yaxşı dövrü 2009-cu ildə gündə iki dəfə çıxanda olub.

Qəzetin bağlanmasını və sayt formatında fəaliyyətinin davam etdirilməsini Rəşad Ergün insanların qəzetə marağının olmamasi ilə izah edir.

Qəzetin müxbiri Heybət Məmmədov isə deyir ki, qəzet formatında necə işləyirdiksə internet üzərindən də elə çalışacaqlar.

Qasidin ödəməli olduğu borc üzündən isə bu artıq sayca 2-ci bağlanan qəzetdir. Bundan öncə isə Azadlıq qəzeti öz nəşrini dayandırmışdı.

Ana səhifəVideoDaha bir qəzet yayımını dayandırdı (VİDEO)