Daha bir partiya özünü buraxdı

Mənbə: Milli Konqres Partiyası

Sədr müavini səbəbi açıqlamayıb

Milli Konqres Partiyası fəaliyyətini dayandırıb.

Bu barədə partiya sədrinin müavini Hikmət Şirinov açıqlama yayıb.

Partiyanın sədri İxtiyar Şirin 1992–1993-cü illərdə Azərbaycanın Baş prokuroru  olub.

Partiya isə 1998-ci ildə yaradılıb.

2022-ci ilin noyabrında İ.Şirin vəfat edib.

Bununla da sədrləri vəfat etmiş partiyalardan üçüncüsü də özünü buraxıb.

İndiyə qədər sədrləri Araz Əlizadə, Çingiz Dəmiroğlu vəfat etdikləri üçün Sosial-Demokrat və Təkamül partiyaları fəaliyyətlərini dayandırmaq haqda qərar vermişdilər.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

Son bir neçə ayda 20 partiya özünü buraxıb.

Ana səhifəXəbərlərDaha bir partiya özünü buraxdı