1 saylı avtobusun sürücü İlkin Abbasov işlədiyi marşrut xəttinin sahibi ilə aralarında problem olduğunu bildirib
Oktyabrın 3-dən 4-nə keçən gecə saat 1-2 radələrində “Koroğlu” metrosunun yaxınlığındakı körpüyə çıxan 1 saylı avtobusun sürücü İlkin Abbasov intihara cəhd edib. Hadisə yerinə gələn FHN işçiləri qoruyucu yastıq açıblar, sonra onu intihar etmək istəyən gənci fikrindən daşındırmaq üçün dilə tutublar.
Gənc təxminən 1 saatlıq danışıqdan sonra İlkin Abbasovu fikrindən daşındırmaq mümkün olub.
Bildirildiyinə görə, intihara cəhd edən İlkin Yelmar oğlu Abbasov 1986-cı ildə Bərdə rayonunda doğulub. O, Bakıda 1 saylı avtobusun sürücüsü işləyir.
İ. Abbasov ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb. O, bölməsdəki ifadəsində bildirib ki, işlədiyi marşrut xəttinin sahibi ilə aralarında problem var. Avtobus sürücüsü intihara da marşrut sahibinin əlindən cəhd etdiyini deyib.