Daha bir müsavatçı həbs edildi

Ehtimal edilir ki, Elvin Paşayevin həbsinin səbəbi BDU-da rüşvətxorluğun tüğyan etməsi ilə bağlı yazdığı yazılardı

Source:


Ehtimal edilir ki, Elvin Paşayevin həbsinin səbəbi BDU-da rüşvətxorluğun tüğyan etməsi ilə bağlı yazdığı yazılardı

Müsavatçı gənc Elvin Paşayevin həbs olunduğu təsdiqləndi. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Elvin Paşayev Müsavatın Qubadlı rayon təşkilatının və partiyanın gənclər təkilatının üzvüdür. Sumqayıt sakinidir. Bakı Dövlət Universitetinin məzunu, ixtisasca filoloqdur. “Hədəf” hazırlıq kursunda müəllim işləyir. Elvin Paşayevi narkotik maddələrin satışında ittiham edərək, barəsində 4 ay həbs qətimkan tədbiri seçiblər. O, yanvarın 23-də saxlanılıb. Amma hələ də valideynlərinə məlumat verilməyib.

Ehtimal edilir ki, Elvin Paşayevin həbsinin səbəbi BDU-da rüşvətxorluğun tüğyan etməsi ilə bağlı yazdığı yazılardı.

Yanvarın 23-də “Basta”da Sumqayıt sakini olan 25 yaşlı gənc müəllim Elvin Paşayevin itkin düşməsi haqqında məlumat vermişdik.

Azərbaycanda əhalinin hakimiyyət əleyhinə son etiraz dalğası başladıqdan sonra Lənkəranda və Siyəzəndə Müsavatın 4 üzvü həbs edilib, onlarla müsavatçı polisə çağırılıb.

Ana səhifəXəbərlərDaha bir müsavatçı həbs edildi