Daha bir məmur balası ölümə səbəb oldu

Bir ailənin iki üzvünün ölümünə, dörd üzvünün ağır yaralanmasına səbəb olan “Gelandewagen”in sürücüsü Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu, 1976-cı il təvəllüdlü Xalid Mədətov olduğu məlum olub.

Source:

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə hadisə yerində keçiniblər.

Bir ailənin iki üzvünün ölümünə, dörd üzvünün ağır yaralanmasına səbəb olan “Gelandewagen”in sürücüsü Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu, 1976-cı il təvəllüdlü Xalid Mədətov olduğu məlum olub.

Hadisənin “Mercedes Galenvagen” markalı, 90 FE 007 dövlət nömrə nişanlı avtomobilin yüksək surət həddini aşması və sürücünün içkili halda olmasından qaynaqlandığı bildirilir.

Polisdən həmçinin bildirilib ki, hadisədən sonra həmin sürücünün ilkin ifadəsi alınsa da, hələlik heç kim tutulmayıb və məmur oğlu sərbəst buraxılıb.

Qeyd edək ki, Mübariz Mədətov  keçən il Xəzər Dəniz Neft Donanmasının rəisi idi. Ötən ilin payızında İlham Əliyev struktur islahatları həyata keçirərək ARDNŞ-in tərkibində olan Xəzər Dəniz Neft Donanmasını ləğv etdi və onun rəhbəri vəzifəsini itirdi.

SONY DSC

Həmçinin 2012-ci ildə Mübariz Mədətov İlham Əliyev tərəfindən “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Ana səhifəXəbərlərDaha bir məmur balası ölümə səbəb oldu