Nəriman Abdullah

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Nəriman Abdullah

Daha bir ictimai fəal inzibati həbs cəzası aldı

Nəriman Abdullah karantin rejimini pozmaqda ittiham edilir

Aprelin 10-da axşam saatlarında Lənkəranda saxlanılan ictimai fəal Nəriman Abdullaha 10 sutka inzibati həbs cəzası verilib. Aprelin 11-də Lənkəran Rayon Məhkəməsində onun haqqında qərar çıxarılıb. Gənc fəal İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə cəzalandırılıb.

N.Abdullahın yaxınları isə bu ittihamın saxta olduğunu bildirir. Gənc fəalın özü də aprelin 10-da axşam saatlarında sosial şəbəkələrdə xəbər vermişdi ki, polislər onun yaşadığı evə gəlib: “Polisdən gəliblər, şöbəyə aparırlar...”

N.Abdullahın son bir neçə gündə “facebook” sosial şəbəkəsindəki paylaşım və şərhlərinə görə cəzalandırıldığı iddia olunur.

O, son günlər başqa bir ictimai fəal İlkin Rüstəmzadə və ailəsinə qarşı qarayaxma kampaniyasına etiraz edirdi, həmçinin aztəminatlı kəsimin karantin dövründəki durumuna görə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi tənqid etmişdi.

N.Abdullah fevralın 9-da keçirilən parlament seçkilərində namizəd Baba Məmmədlinin nümayəndəsi idi. Həmin dövrdə də o, bu fəaliyyətinə görə təzyiqlərə məruz qaldığını açıqlamışdı.

Azərbaycanda COVİD-19 (koronavirus) pandemiyasıyla əlaqədar xüsusi karantin rejimi tətbiq olunandan bu yana 10-da yaxın ictimai-siyasi fəal həbs olunub. Onların arasında AXCP üzvləri, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təmsilçiləri də var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rrokzt

Ən çox baxılan